\
28 Sentyabr 2024 - Şənbə

26 mindən çox təhsil işçisi vaksinasiya olunub

26 mindən çox təhsil işçisi vaksinasiya olunub
1507baxış

Paytaxtda təhsil işçilərinin 26 486 nəfəri vaksinasiya prosesinə qoşulub.

 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mediapress.az-a verilən məlumaat görə, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi davam edir. Bütün bunlar ənənəvi tədrisə davamlı keçid üçün həyata keçirilən zəruri tədbirlərin tərkib hissəsidir.
Koronavirus pandemiyası dövründə sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.
 
Qeyd edək ki, paytaxtın Pirallahı, Xəzər, Binəqədi, Nəsimi, Sabunçu, Yasamal və Suraxanı rayon məktəbləri vaksinasiyanı nümunəvi həyata keçirən təhsil müəssisələri sırasındadır. Paytaxt üzrə 37 məktəbdə təhsil işçilərinin 90 faizindən çoxu vaksinasiyadan keçib.