\
28 Sentyabr 2024 - Şənbə

Türkiyədən Yunanıstana qaçmağa çalışan 11 FETÖ-çü saxlanılıb

Türkiyədən Yunanıstana qaçmağa çalışan 11 FETÖ-çü saxlanılıb
1718baxış

Türkiyədən qanunsuz yollarla Yunanıstana keçməyə cəhd edən 11 FETÖ-çü saxlanılıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, Yunanıstanla həmsərhəd olan Edirne şəhərində qanunsuz yollarla Yunanıstana keçməyə cəhd edən ümumilikdə 17 nəfər yaxalanıb.

Araşdırmalar nəticəsində məlum olub ki, onlardan 11 nəfəri FETÖ terror təşkilatının üzvü olub.