\
28 Sentyabr 2024 - Şənbə

“Azərişıq” ASC ucqar dağ kəndlərində yenidənqurma işləri aparır - Goranboyda - VİDEO

“Azərişıq” ASC ucqar dağ kəndlərində yenidənqurma işləri aparır - Goranboyda - VİDEO
1622baxış

“Azərişıq” ASC Goranboy EŞ –nin xidməti ərazisində yerləşən, ucqar dağ kəndləri olan Rus Borisi və Buzluqda yenidənqurma işləri görüb.

Qurumun Mətbuat Xidmətindən Mediapress.az-a verilən məlumata görə, rus Borisi kəndində əsas problemlərdən biri meşənin içərisindən keçən köhnə 10 kV-luq xətt olub. Yeni layihə əsasında xətt meşə ərazisindən çıxarılaraq yol kənarı ilə 6 km məsafədə metal dayaqlarla yenidən inşa olunub. Kənd daxilində 4500 metr izolyasiyalı naqillərlə 0,4 kV-luq xətt çəlilib, 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz olunub.

Buzluq kəndi daxilində 5500 metr izolyasiyalı naqil və 200 ədəd metal dayaqdan istifadə olunub. 10 kV şəbəkə yenidən qurulub. 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz edilib.

Qeyd edək ki, Goranboy rayonu Rus Borisi və Buzluq kəndlərinin elektrik təsərrüfatı keçən əsrin 60-cı illərində qurulub. Elektrik təchizatının yaxşılaşdırılması işləri başa çatdıqdan sonra ümumilikdə 300-dək abonent dayanlıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunu