\
28 Sentyabr 2024 - Şənbə

Yoluxanların sayı açıqlandı - 31 ölü

Yoluxanların sayı açıqlandı - 31 ölü
1514baxış

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 714 yeni yoluxma faktı qeydə alınıb, 2 470 nəfər müalicə olunaraq sağalıb.

 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mediapress.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 405 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 353 140 nəfər müalicə olunaraq sağalıb, 5 434 nəfər vəfat edib, aktiv xəstə sayı 46968 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 247, ötən müddət ərzində isə ümumilikdə 4 379 510 test aparılıb.