XİN Qazaxıstanda baş vermiş partlayışla bağlı başsağlığı verib
1517
Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş partlayış bizi çox kədərləndirdi.
Mediapress.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.
“Bu faciəvi hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik”, - deyə qeyd olunub.
Qeyd edək ki, Qazaxıstanın Cambul vilayətində hərbi hissənin silah-sursat anbarında baş vermiş parlayışda 9 nəfər ölüb, 90 nəfər xəsarət alıb.