\
10 Yanvar 2025 - Cümə

Qazax Rayon Polis Şöbəsinin rəis müavini işdən azad edilib - Nazir əmr imzaladı

Qazax Rayon Polis Şöbəsinin rəis müavini işdən azad edilib - Nazir əmr imzaladı
1556baxış

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini işdən azad edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Report”a faktı təsdiqləyib.(report)