\
28 Sentyabr 2024 - Şənbə

İctimai nəqliyyatda korona pasportu tələb olunur? - Rəsmi

İctimai nəqliyyatda korona pasportu tələb olunur? - Rəsmi
1350baxış

Sosial şəbəkələrdə Şəki şəhərində "COVID-19 pasportsuz avtobusa minmək qadağandır” xəbərdalıqları vurulan ictimai nəqliyyat vasitələrinin görüntüləri yayılıb.

Mediapress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ictimai nəqliyyatda COVİD-19 pasportu ilə bağlı hansısa qadağa və məhdudiyyətin olmadığını bildirib.

“Sərnişinlərdən yalnız tibbi maska tələbi var. Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası diqqət mərkəzində saxlanılır. Şəki şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatda COVID-19 pasportu olmayan şəxslərlə bağlı heç bir tədbir keçirilməyib", - E.Hacıyev qeyd edib.