\
28 Sentyabr 2024 - Şənbə

Tükiyənin məşhur aktyoru vəfat edib

Tükiyənin məşhur aktyoru vəfat edib
1362baxış

Türkiyənin məşhur aktyoru Nüsret Çetinel dünyasını dəyişib.

69 yaşında vəfat edən aktyor xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

1952-ci il yanvarın 26-da anadan olan N.Çetinel “Behzat Ç.”, “Muhteşem Yüzyıl”, “İzmir çetesi” kimi seriallarda rol alıb.

Ankara Dövlət Konservatoriyasının məzunu olan aktyor həmçinin dublyaj sahəsində də çalışıb.