Türkiyədə zəlzələ: 4,2 ballıq
1533
Türkiyənin Muğla əyalətində zəlzələ baş verib.
Mediapress.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:12-də Datça rayonunda 4,2 bal gücündə qeydə alınıb.
Zəlzələ ocağı yerin 46,5 kilometr dərinliyində yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.