MDB Oyunları: Azərbaycan güləşçiləri qızıl və bürünc medal qazanıb
1548
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
"Mediapress.az"ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Nurməhəmməd Abdullayevlə (Qırğızıstan) üz-üzə gəlib.
Rəqibinə 7:1 hesabı ilə qalib gələn Məmmədli bürünc medal qazanıb.