\
19 Aprel 2024 - Cümə

Azərbaycanda məntəqə seçki komissiyaları yenidən formalaşdırılacaq

Azərbaycanda məntəqə seçki komissiyaları yenidən formalaşdırılacaq
1440baxış

“Artıq bütün dairələr sədr və katibləri seçiblər. Bununla da DSK-ların formalaşdırılması prosesi başa çatıb. Növbəti addım isə məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır və bu proses gedir”.

Mediapress.az”ın xəbərinə görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, MSK tərəfindən buraxılmış məntəqələrin komissiyaları və onların üzvləri məntəqə seçki komissiyaları formalaşdırılan zaman yenidən üzv seçilə bilməzlər: “MSK bunu diqqətdə saxlamalıdır”.