I MDB Oyunlarında ilk səsləndirilən himn Azərbaycanın olub
1549
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının tarixinə düşüb.
"Mediapress.az"ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçi yarışda ilk qızıl medal qazanan idmançı olub.
Beləliklə, I MDB Oyunlarında ən birinci Azərbaycanın dövlət himni səsləndirilib.
Yarışda ilk qızıl medalı 82 kq-da rusiyalı Aues Qonibov qazansa da, bu çəki dərəcəsində idmançı sayı az olduğundan final görüşü keçirilməyib. Bu səbəbdən yer tutan güləşçilər üçün mükafatlandırılma mərasimi təşkil olunmayıb.