\
28 Sentyabr 2021 - Çərşənbə axşamı

Polad Həşimovun qızı Tibb Universitetinə qəbul oldu

Polad Həşimovun qızı Tibb Universitetinə qəbul oldu
1415baxış
Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Tibb Universitetinə daxil olub.
 
Mediapress.az xəbər verir ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə, A. Həşimova universitetin “Müalicə işi” ixtisasına qəbul olub.
Qeyd edək ki, şəhid generalın qızı bir müddət əvvəl verdiyi müsahibədə 4-cü ixtisas qrupu üzrə imtahanlara hazırlaşdığını bildirmişdi.
 
Xatırladaq ki, Polad Həşimovötən ilin iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə olarkən şəhid olub. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən P. Həşimova ölümündən sonra “Milli Qəhrəman” adı verilib.