\
25 Aprel 2024 - Cümə axşamı

DSX-yə yeni sözçü təyin olunub

DSX-yə yeni sözçü təyin olunub
1777baxış

Dövlət Sərhəd Xidmətində (DSX) kadr təyinatı olub.

Bununla bağlı DSX-nin rəisi general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Rəşad Məşədiyev qurumun Mətbuat Mərkəzinin mətbuat katibi vəzifəsinə təyin edilib.

DSX-nin Mətbuat Mərkəzi “Report”a faktı təsdiqləyib.