Prezident Samir Şərifovu “Şöhrət” ordeni ilə təltif edib
1365
Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib.
Mediapress.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, S.Şərifov Azərbaycanın maliyyə naziridir. Sentyabrın 7-də onun 60 yaşı tamam olur.