\
19 Aprel 2024 - Cümə

Azərbaycanlı alim koronadan vəfat etdi

Azərbaycanlı alim koronadan vəfat etdi
1316baxış

AMEA-nın həqiqi üzvü və Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının professoru Ənvər Nəhmədov koronavirusdan vəfat edib.

62 yaşlı alim müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib. Elə həmin il sentyabrın 1-də təyinatla AMEA-nın Fizika İnstitutunda akademik Firudin Həşimzadənin rəhbərlik etdiyi laboratoriyada əmək fəaliyyətinə başlayıb.

Ə.Nəhmədov 90-a yaxın elmi məqalə, o cümlədən “Aşağı ölçülü sistemlərdə aşqar və korrelyasiya effektləri” kitabının müəllifi olub.