\
28 Sentyabr 2024 - Şənbə

Türkiyənin XİN başçısı: “Taliban”ı tanımağa tələsmək lazım deyil”

Türkiyənin XİN başçısı: “Taliban”ı tanımağa tələsmək lazım deyil”
1423baxış

“Taliban”ı Əfqanıstanın legitim hökuməti kimi tanımağa tələsmək lazım deyil”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

“Bu mövzuda tələskənliyə yol vermək olmaz. Bütün dünyaya da tövsiyəmiz budur. Yeni hökumətdə qadınların da təmsil edilməsini arzulayırıq. Şərtlərə və hadisələrin inkişafına görə hərəkət edəcəyik. “Taliban” ölkədə xarici hərbi qüvvə istəmir. Son hadisələrdən sonra biz də dəyərləndirmələrimizi etdik və sülhməramlılarımızı Əfqanıstandan çıxardıq”, - nazir qeyd edib.