\
28 Sentyabr 2024 - Şənbə

“Ginnes”ə düşən azərbaycanlının qəbri baxımsızdır

“Ginnes”ə düşən azərbaycanlının qəbri baxımsızdır
1408baxış

Dünyanın ən uzunömürlü sakinlərindən biri olmuş, 168 il yaşayaraq tarixə və Ginnesin Rekordlar Kitabına düşmüş Şirəli Müslümovun məzarı baxımsız qalıb.

Mediapress.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə “Marja” səhifəsi foto yayıb.

Yayılan foto ilə bağlı saytımıza açıqlama verən Şirəli Müslümovun nəvəsi, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov faktı təsdiqləyib:

“Bəli, fotoda yayılan məzar Şirəli Müslümovundur. Hazırda Lerik rayonunda hava şəraiti yağışlı keçir. Qəbirüstü təmir apara bilmirik. Amma nəzərdə tutmuşuq, yaxın zamanda məzar daşını dəyişəcək, ətrafını abadlaşdıracağıq”.