\
28 Sentyabr 2024 - Şənbə

Qubada 19 yaşlı qadın üçəm dünyaya gətirib

Qubada 19 yaşlı qadın üçəm dünyaya gətirib
1379baxış

Quba Regional Perinatal Mərkəzində üçəm doğulub.

Şabran şəhər sakini 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır.

Həkimlər bildirib ki, hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır: "Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub"