\
19 Aprel 2024 - Cümə

Gəncədə polis şöbəsinə yeni rəis təyin edilib

Gəncədə polis şöbəsinə yeni rəis təyin edilib
1391baxış

Gəncə şəhər Hava Limanı Xətt rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı İrza Nağıyev sözügedən quruma rəis təyin edilib.

Qeyd edək ki ,İ.Nağıyev bundan öncə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsində işləyib.