Roma Papası Slovakiyada
1443
Roma Papası I Fransisk Slovakiyaya rəsmi səfərdədir.
Axar.az xəbər verir ki, Bratislava beynəlxalq hava limanında Pontifiki Slovakiyanın dövlət başçısı Zuzana Çaputova, Baş nazir Eduard Heqer, parlamentin sədri Boris Kollar və digər hökumət nümayəndələri qarşılayıblar.
Sentyabrın 13-də Müqəddəs Taxt-Tacın rəhbəri Prezident Zuzana Çaputova ilə görüşüb. Səfər müddətində Vatikan rəhbərinin Baş nazir və parlament sədri, eləcə də ölkədəki yəhudi və Roma icmasının nümayəndələri ilə görüşü nəzərdə tutulur.