\
20 Aprel 2024 - Şənbə

Bakıda dördəm doğulub - Fotolar

Bakıda dördəm doğulub - Fotolar
1723baxış

Bu gün "Leyla Medical Center"də dördəmlər dünyaya gəlib.

Tibb müəssisəsindən "Report"a verilən məlumata görə, körpələrdən üçü oğlan, biri isə qızdır.

Qeyd olunub ki, körpələrin çəkiləri 1 140 qr (oğlan), 1 350 qr (oğlan), 1 230 qr (oğlan), 1 120 qr-dır (qız): "Ananın və uşaqların vəziyyəti stabildir".

Məlumat üçün bildirək ki, bu 30 yaşlı qadının ilk hamiləliyi olub. Körpələr qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onların 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.