\
26 Aprel 2024 - Cümə

Bakının işğaldan azad olunması münasibətilə daha bir yürüş başlayıb

Bakının işğaldan azad olunması münasibətilə daha bir yürüş başlayıb
1371baxış

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda hərbçilərin daha bir yürüşü başlayıb.

"Report"un xəbərinə görə, tədbirə Şəhidlər xiyabanında Türk şəhidləri abidəsinin önündən start verilib.

Azərbaycan və Türkiyə ordusunun bir qrup generalı Türk şəhidləri abidəsinin önünə əklil qoyublar.

Daha sonra hərbi orkestrın müşayiəti ilə Türkiyənin və Azərbaycanın Dövlət himni səsləndirilib.

"Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında keçirilən yürüş İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-“AzNeft” dairəsi-Bəhram Gur heykəli marşrutu ilə davam edəcək.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.