\
28 Mart 2024 - Cümə axşamı

“YAŞAT” Fondundan yeni tədris ilində şəhid övladlarına dəstək - Fotolar

“YAŞAT” Fondundan yeni tədris ilində şəhid övladlarına dəstək - Fotolar
1383baxış

YAŞAT” Fondu tərəfindən təhsil istiqaməti üzrə yeni tədris ilində 67 şəhid övladına dəstək göstərilib.

Fonddan Mediapress.az -a verilən məlumata görə, 7 özəl təhsil müəssisəsi ilə yaradılmış əməkdaşlıq çərçivəsində imtahanda uğurlu nəticə əldə etmiş 37 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alacaq. Eyni zamanda, 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça və məktəbəqədər təhsil müəssisəsinə qəbul olunub. Bununla yanaşı özəl təhsil müəssisələrində ödənişli təhsil alacaq 30 şagirdin təhsil haqqı Fond tərəfindən qarşılanacaq.
“YAŞAT” Fondu tərəfindən reallaşdırılan xüsusi layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.
 
Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.
 
Respublika ərazisini əhatə edən layihə çərçivəsində 800-dən çox hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb.
 
Bundan başqa, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə bu günədək ali təhsil müəssisələrində təhsil alan 18 şəxsin təhsil haqqı Fond tərəfindən, 19 şəxsin təhsil haqqı isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.
 
Xatırladaq ki, 2021-2022-ci dərs ilində Bakı şəhəri və digər regionlar üzrə 83-ü oğlan, 77-i isə qız olmaqla, ümumilikdə 160 şəhid övladı birinci sinifə başlayır.
 
“YAŞAT” Fondundan yeni tədris ilində şəhid övladlarına dəstək -  FOTOLAR