Azərbaycanda 19 yaşlı qız görüntülərinin yayılması ilə şantaj edildi
1359
Azərbaycanda gənc qız şəkillərinin yayılması ilə şantaj edilib.
Oxu.Az-ın məlumatına görə, Sahil adlı şəxs Abşeron rayon sakini 19 yaşlı Z.M.-nı (qadındır) fotolarını yaymaqla hədələyərək ondan pul tələb edib.
Sahilə 1000 manat pul, qızıl sırğalarını verməyə məcbur edilən gənc qız sonda polisə şikayət edib.
Gənc qız həmin oğlanla sosial şəbəkə vasitəsilə tanış olubmuş.
Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır.