Prezidentin köməkçisinə sui-qəsd oldu - sürücü yaralandı
1389
Ukrayna prezidentinin köməkçisi Sergey Şefirə sui-qəsd olub.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Kiyev yaxınlığında dövlət məmurunun avtomobilinə 10 dəfə atəş açılıb.
Güllələrdən 3-ü sürücüyə dəyib. Hazırda o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Şefirin hadisə zamanı xəsarət almadığı bildirilir.