\
28 Sentyabr 2024 - Şənbə

Orta məktəblərin yuxarı siniflərində və universitetlərdə dərslər başlayıb

Orta məktəblərin yuxarı siniflərində və universitetlərdə dərslər başlayıb
1327baxış

Bu gündən Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. 

Sentyabrın 29-da universitetlərdə, orta ixtisas təhsili müəssisələrində (kollec), eləcə də orta məktəblərin yuxarı siniflərində (V-XI) yeni dərs ili başlayıb.

İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Proqnoz göstəricilərinə əsasən, orta məktəblərin V-XI siniflərində 968 230 şagird oxuyacaq. 

Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçirilir.