\
27 Sentyabr 2024 - Cümə

Türkiyədə İranın casus şəbəkəsi ifşa edildi - Video

Türkiyədə İranın casus şəbəkəsi ifşa edildi - Video
1394baxış
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) polislə birgə keçirdiyi əməliyyat nəticəsində İranın casus şəbəkəsi ifşa edilib.

Mediapress.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Əməliyyat zamanı səkkiz nəfər o cümlədən İranın xüsusi xidmət orqanlarının iki casusu saxlanılıb.

Qrupun üzvləri keçmiş İran hərbçisini ölkəsinə qaçırmağa cəhd göstərərkən həbs olunublar.

Bildirilib ki, İran vətəndaşları 30 dollarlıq büdcə ilə bölgədə casus şəbəkəsi qurublar. Onlar şəbəkəyə altı nəfər Türkiyə vətəndaşını cəlb ediblər. Şəbəkə iranlı keçmiş hərbçini ölkəsinə qaçırmaq barədə təlimatı İran kəşfiyyatından alıb.