\
27 Sentyabr 2024 - Cümə

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb
1370baxış

Milli Hidrometeorologiya Xidmətinin Mediapress.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 21-23° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi  768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq. Tibbi-meteoroloji proqnoz oktyabrın 17-də  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°  isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz  8-13° isti olacaq