Sabahın hava proqnozu
\Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
ETSN Milli Hidrometeorologiya Xidmətindən Mediapress.az-a verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən noyabrın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.