\
27 Sentyabr 2024 - Cümə

Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı
1388baxış

Azərbaycanda noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Qafqazinfo"ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi  axşam mülayimləşəcək.  

Havanın temperaturu gecə 6-8° isti, gündüz  8-10° isti, Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. 

 

Atmosfer təzyiqi 767 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji xəbərdarlıq

Noyabrın 10-u gündüzdən 12-dək Bakıda və Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi və temperaturun ötən günlərlə müqayisədə xeyli aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.  

Azərbaycanın rayonlarında

Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 3-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  2-6° isti olacaq