\
27 Sentyabr 2024 - Cümə

Ermənistanda daha 70 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 70 nəfər koronavirusdan ölüb
1353baxış

Ermənistanda daha 1 309 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 326 830 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 70 nəfər ölüb. Bununla da ölənlərin sayı 6937-yə çatıb. (report)