\
30 Noyabr 2024 - Şənbə

Saakaşvilinin məhkəməsi dekabrın 2-də davam etdiriləcək

Saakaşvilinin məhkəməsi dekabrın 2-də davam etdiriləcək
1399baxış

Tbilisi şəhər məhkəməsinin hakimi Badri Koçlamazaşvili 2,7 milyon ABŞ dollarından çox dövlət vəsaitini israf etməkdə ittiham edilən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesini dekabrın 2-nə təyin edib.

Bu barədə “Mediapress.az” TASS-a istinadən xəbər verir.

Saakaşvilinin vəkili Dmirti Sadzaqalişvili bildirib ki, Ədliyyə Nazirliyinin təklifinə rəğmən, hakim müttəhimin məhkəmə prosesini həbsxanada keçirməkdən imtina edib.