\
30 Noyabr 2024 - Şənbə

Xalq artisti Arif Babayev evdə müalicə olunur

Xalq artisti Arif Babayev evdə müalicə olunur
1390baxış

Xalq artisti Arif Babayev müalicəsini evə şəraitində davam etdirir.

Bunu Mediapress.az-a Xalq artistinin oğlu Yaşar Babayev bildirib.

Onun sözlərinə görə, atasının səhhəti yaxşıdır: "Hazırda ev şəraitində müalicəsi davam etdirilir. Özünü yaxşı hiss edir. Hər şey qaydasındadır".

Y.Babayev bildirib ki, Xalq artisti koronavirusdan qorunmaq üçün pandemiya qaydalarına riayət edir: "Qaydalara əməl etməklə, bəzən açıq havaya da çıxır, gəzir".

Qeyd edək ki, 83 yaşlı Xalq artisti Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alıb.