\
30 Noyabr 2024 - Şənbə

Prezidentin yaratdığı quruma sədr əvəzi təyin edildi

Prezidentin yaratdığı quruma sədr əvəzi təyin edildi
1366baxış

Bu ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında yaradılan "Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsə sədr əvəzi təyin olunub.

 
Mediapress.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu vəzifəyə ləğv edilən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktor müavini Emin Adil oğlu Rəsulov gətirilib.
Ləğv edilən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Şükür oğlu Məlikov yeni yaradılan quruma təyinat almayıb.