\
30 Noyabr 2024 - Şənbə

Bakıda qadın sirkə turşusu içərək özünü öldürüb

Bakıda qadın sirkə turşusu içərək özünü öldürüb
1581baxış

Bakıda qadın sirkə turşusu içərək özünü öldürüb.

1975-ci il təvəllüdlü G.Əkbərova noyabrın 9-da yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib.

Daha sonra qadın 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

Noyabrın 14-də G.Əkbərova müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.