\
27 Sentyabr 2024 - Cümə

Cəlilabadda avtomobil piyadanı vurub

Cəlilabadda avtomobil piyadanı vurub
1407baxış

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Mediapress.az-ın Muğan bürosunun məlumatına görə, hadisə H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobili piyadanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin təfərrüatları və yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.