İranda ötən sutkada 132 nəfər COVID-19-dan ölüb
1387
İranda ötən sutka ərzində 132 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 129 177 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 5 144 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 088 009 nəfərə çatıb.