\
30 Noyabr 2024 - Şənbə

Binaya atılan körpənin səhhəti ilə bağlı AÇIQLAMA

Binaya atılan körpənin səhhəti ilə bağlı AÇIQLAMA
1439baxış

Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilən 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb.

 
Mərkəzdən Mediapress.az -a verilən açıqlamada bildirilib ki, gətirilərkən vəziyyəti orta-ağır olan körpə, həkimlərimizin səyi nəticəsində sağalmaq üzrədir.
Körpənin vəziyyəti tam yaxşılaşdıqdan yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq.
 
Qeyd edək ki, uşaq Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilsə də, səhhətində müəyyən problemlər olduğundan noyabrın 21-də 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilmişdi.