\
30 Noyabr 2024 - Şənbə

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
1257baxış

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Mediapress.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il yanvarın 1-dək veriləcək. Əvvəl bu müddət 2021-ci il noyabrın 1-dək müəyyən edilmişdi.