Bakı şəhəri, Binəqədi rayonunda yeniyetmə Rəhman Yekəyev dünyasını dəyişib.
Mediapress.azxəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, qan azlığı xəstəliyindən əziyyət 15 yaşlı R.Yekəyev yaşadığı evdə vəfat edib.
Qeyd edək ki, Rəhman Yekəyev karateçi olub. O, 2017-ci ildə keçirilən beynəlxalq şotokan karate-do üzrə filialın II açıq çempionatında kumite üzrə qızıl medal qazanıb.
Qeyd edək ki, Rəhman Yekəyev Binəqədi rayonunda yerləşən Qorxmaz Baxşıyev adına 179 saylı orta məktəbin şagirdi olub. O, orta məktəbdə 9-cu sinifə qədər təhsil alıb.