Həlak olanların nəşləri Bakıya gətirildi
1483
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.
Mediapress.az -ın xəbərinə görə, meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.
Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.