\
30 Noyabr 2024 - Şənbə

Nazir: "Tələbə təhsil kreditlərinin verilməsindəki nöqsanların aradan qaldırılması labüddür"

Nazir: "Tələbə təhsil kreditlərinin verilməsindəki nöqsanların aradan qaldırılması labüddür"
1367baxış

"Tələbə təhsil kreditlərinin verilməsi üçün müraciətlərə yeni başlanılıb. Artıq bir neçə yüz tələbə prosesi tam olaraq yekunlaşdırıb, bəzilərinə hətta təsdiq də vermişik".

Bunu təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, kreditlərin verilməsi ilə bağlı problem iki qismə bölünür: "Sistem yeni olduğundan hər hansı çatışmazlıq, qüsur və nöqsanların olması gözləniləndir. Təbii ki, bunların aradan qaldırılması labüddür. Hesab edirəm ki, həmin problemlər zamanla aradan qaldırılacaq. 18 yaşından aşağı olan tələbələrin kredit alması ilə bağlı narazılıq həllini tapır. Bəzi narazılıqlar isə anlaşılmazlıqla bağlıdır. Sosial problemi olanlar sosial kreditdən, sosial problemi olmayanlar isə daha yüksək bal yığıb standart güzəştlərdən yararlana bilərlər. Bu kreditlər sosial alətlərdir”