Yeni nazir müavini bu işindən ayrıldı
1582
Gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin edilən Marina Vasileva Azərbaycan gimnastika yığmasının baş məşqçisi postundan ayrılıb.
Bu barədə Mediapress.az-a nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib.
O bildirib ki, nazir müavinin gimnastika zalında işləməyə vaxtı olmayacaq və bu səbəbdən yığmanın baş məşqçi postunda çalışmayacaq.