\
23 Yanvar 2022 - Bazar günü

Azərbaycanın müdafiə naziri Pakistana başsağlığı verib

Azərbaycanın müdafiə naziri Pakistana başsağlığı verib
1155baxış

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın federal müdafiə naziri cənab Pervez Xattaka, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya və Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya başsağlığı ünvanlayıb.

Mediapress.az xəbər verir ki, mətndə deyilir:

"Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".