Ötən gün toylara görə 6 nəfər cərimələnib
1544
Dekabrın 7-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 135 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən Mediapress.az-a verilən məlumata görə, monitorinq 129 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 30 əfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.