\
25 Aprel 2024 - Cümə axşamı

“YAŞAT”a 65 milyon ianə edilib

“YAŞAT”a 65 milyon ianə edilib
1362baxış

"Bu günə qədər Fonda 65 milyon manat ianə olunub, 50 milyona yaxın xərclənib".

 
Mediapress.az xəbər verir ki, bunu YAŞAT Fondunun bir illik hesabat tədbirində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə ASAN xidmət mərkəzlərində 4700-dən çox şəhid ailəsi üzvü və qazilərə növbədənkənar xidmətlər göstərilib:
 
“40 şəhidin ailə üzvü və 15 qazi Dövlət Agentliyində işlə təmin olunub. "YAŞAT Fondu 11 nəfərdən ibarət Himayəçilik Şurasının üzvləri var. Bu şəxslər cəmiyyətin nüfuzlu şəxsləridir. Fondun əsas işçi heyəti isə şəhid ailəsi üzvü və qazilərdir".
 
Ü.Mehdiyev keçən il dekabrın 15-dən bütün rayonlar üzrə 69 qrup 2916 şəhid ailəsini 2 həftə ərzində ziyarət edildiyini və əsas ehtiyaclarının öyrənildiyini deyib.