Azərbaycanda polisi vurub qaçan sürücü üzr istədi - Video
1390
Ötən gün Göygöl rayonunda yol polisi sürücü Hüseynov Rauf Bəkir oğluna "saxla" əmri verib. Lakin sürücü əmrə tabe olmayıb, polis əməkdaşını idarə etdiyi avtomobil ilə vuraraq hadisə yerindən qaçıb.
BAKU.WS xəbər verir ki, insidentdən dərhal sonra sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü etdiyi əməldən peşman olduğunu deyib və üzr istəyib.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə sürücü barəsində həbs qətimkan tədbiri seçilib.