\
27 Sentyabr 2024 - Cümə

"Qoç ət" restoranındakı yanğın söndürüldü

"Qoç ət" restoranındakı yanğın söndürüldü
1444baxış

Bakıda restoranda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Mediapress.az-a -a verilən məlumata görə, “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binada yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.