\
27 Sentyabr 2024 - Cümə

Əməkdar jurnalist dünyasını dəyişdi

Əməkdar jurnalist dünyasını dəyişdi
1522baxış

Əməkdar jurnalist, yazıçı-publisist Əhməd İsayev 81 yaşında dünyasını dəyişib.

 
Mediapress.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, o, ötən gün Bakıda vəfat edib.
 
Ə.İsayevin ölümünə səbəb xroniki ürək çatışmazlığı olub.
 
Qeyd edək ki, Ə.İsayev 1940-cı il avqustun 30-da Zaqatalanın Suvagil kəndində anadan olub. Azərbaycan Jurnalistlər İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. “Qızıl qələm”, “Ustad” ali jurnalistika, “Həsən bəy Zərdabi” və “Araz” ali ədəbi mükafatlar laureatı olub. 2006-cı ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.